1.03.2021-01.04.2021 tarixlərində Amerika Avstriya fondu tərəfindən dəstəklənən və "Open Medical Institute" təşkilatçılığı ilə beynəlxalq vebinar keçirilib. Vebinar "Uşaq xəstəlikləri" həsr olunub.
Azərbaycan Tibb Universitetini vebinarda Uşaq xəstəlikləri kafedrasının müəllimi, XTIÜ dekan müavini, pediatr Qoşqar İsmayılov təmsil edib. Q. İsmayılov “İnfeksion mononukleoz” mövzusu ilə çıxış edib, sertifikata layiq görülüb.