Dövlət imtahanlarına hazırlıq məqsədi ilə treninqlər təşkil olunub

ATU-nun II müalicə profilaktika fakültəsində yekun dövlət imtahanlarına hazırlıq məqsədi ilə Mamalıq və ginekologiya, Daxili xəstəliklər, Cərrahi xəstəliklər fənləri üzrə Obyektiv Strukturlaşdırılmış Klinik imtahanının (OSKI) bacarıq treninqləri təşkil edilib. Bu barədə adıçəkilən fakültənin dekanı, dosent İsrail Məhərrəmbəyli məlumat verib.

 

Bununla əlaqədar olaraq, II mamalıq-ginekologiya, II cərrahi xəstəliklər, III cərrahi xəstəliklər, II uşaq xəstəlikləri, urologiya, ümumi cərrahiyyə, şüa diaqnostikası və terapiyası, II daxili xəstəliklər, terapevtik və pediatrik propedevtika, klinik farmakologiya kafedralarının professor və müəllim heyəti tədbirə cəlb olunub. Fakültənin buraxılış kurs tələbələri treninqdə aktiv iştirak ediblər.