9 iyul 2021-ci il tarixdə Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrası “Şizofreniya xəstəliyinin diaqnostika və müalicəsində müasir yanaşma” mövzusunda onlayn vebinar keçirib.
Professor Bilal Əsədov, dosent Leyla Mehdiyeva, kafedra assistentləri Gülay Məmmədzadə və Ceyhun Məmmədzadə, kafedranın dissertantı Cəmilə İsmayılova vebinarda məruzə ilə çıxış ediblər. Tədbirə 200-dən çox psixiatr və sahə terapevt həkimləri qatılıb. İştrakçılar təqdim olunan məruzələri çox yüksək qiymətləndiriblər və aktuallığını qeyd ediblər. Onlar psixiatriya üzrə vebinarların davam etməsinin vacibliyini vurğulayıblar.