Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, hamının sevimlisi Mehriban Əliyevanın doğum günüdür.

Öz əməlləri ilə, insanlara verdiyi dəyərə görə hər kəsin sevgi və rəğbətini qazanan Mehriban Əliyeva tibb sahəsinə yaxın insandır və ATU-nun (keçmiş Azərbaycan Dövlət Tibb İnstitutunun) məzunudur. O, universitetin müalicə-profilaktika fakültəsində təhsil alıb. Daha sonra M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib, Moskvada Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

Mehriban Əliyevanın həyata keçirdiyi humanitar layihələr bütün dünyada məşhurdur. Xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsi olan Mehriban xanım Əliyeva səmərəli fəaliyyətinə görə, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına VelikoTırnovo Universitetinin fəxri doktoru seçilib.

Həyata keçirdiyi humanitar missiyasına görə Mehriban xanım Azərbaycanın ən ali dövlət mükafatlarına – “Heydər Əliyev” ordeninə və Heydər Əliyev Mükafatına layiq görülüb. Bununla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Fransanın “Şərəf Legionu”, Rusiyanın “Dostluq” və “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı, Polşanın “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Pakistanın “Hilal-e Pakistan” və digər , Serbiyanın “Sreten”, Macarıstanın “Xidmətlərə görə” Komandor Xaçı və digər ölkələrin və nüfuzlu beynəlxalq təşkilatların ali mükafatları ilə təltif olunub.

Mehriban xanım Əliyeva beynəlxalq səviyyədə həyata keçirdiyi humanitar və sosial layihələr, özünün mədəniyyət diplomatiyası ilə dövlətimizin və xalqımızın nüfuzunu daha da artırıb.

ATU rəhbərliyi və kollektivi adından ən görkəmli, ən gözəl məzunumuzu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona cansağlığı, ailəsinə xoşbəxtlik və Azərbaycanımızın gələcəyi naminə həyata keçirdiyi müqəddəs missiyasında uğurlar arzulayırıq.