Universitetimizin “Enactus” komandası üzvlərin qəbulunu elan edir.
"Enactus" - Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən sosial -iqtisadi layihə yarışmasıdır. Hər il ənənəvi olaraq universitet komandaları arasında Milli Yarış keçirilir. Yarışmada ölkənin bir çox universitetləri öz layihələrini təqdim edir və qalib gələn komanda ölkəni təmsil etmək üçün Dünya Kubokuna yollanır.
Universitetimiz ilk komandası 2007-ci ildə milli seçimdə qalib gələrək ölkəmizi Nyu-Yorkda, Dünya Kubokunda təmsil etmişdi. 3 illik fasilədən sonra 2010-cu ildə yenidən qurulan komandamız, 2011-ci ildə Milli Yarışda 3-cü yeri qazandı. Növbəti il isə eyni komanda Milli Yarışda birinciliyi əldə edərək 2012-ci ilin 29 sentyabr - 2 oktyabr tarixlərində ölkəmizi ABŞ-ın Vaşinqton şəhərində Dünya Kubokunda təmsil etmişdi.
Qeyd edək ki, növbəti seçimlərin - 2015-ci ildə keçiriləcək Milli Yarışın qalibi Cənubi Afrika Respublikasında (CAR) Azərbaycanı təmsil edəcək.

Komandaya üzv olmaq üçün şərtlər:
• İngilis dili biliyi (minimum intermediate səviyyəsi)
• MS office proqramlarında işləmək bacarıqları (Word, Power Point, Excell)
• Natiqlik, səlis danışıq qabiliyyəti
*Arzu olunan bacarıqlar: sosial fəaliyyət və İT biliklər.
Komandaya üzv olmaq istəyənlər 8 iyun tarixinə qədər CV formalarını və özləri haqqında qısa yazını (və ya motivasiya məktubunu) [email protected] elektron ünvana göndərə bilərlər.
Daha ətraflı məlumat üçün Tələbə Həmkarlar İttifaqı Komitəsinin otağına yaxınlaşa bilərsiniz.