Azərbaycan Tibb Universitetində Rezidentura təhsilinin aparıldığı kənar bazaların nümayəndələri ilə görüş keçirilib. Görüşün əsas məqsədi həmin bazalarda təhsilin vəziyyəti, mövcud problemlərin təhlili və tədris keyfiyyətinin yüksəlməsi istiqamətində atılacaq addımların müəyyənləşdirilməsindən ibarət olub.
İyirmidən çox baza nümayəndələrinin iştirak etdiyi toplantıda ayrı-ayrı klinikaların məsul şəxsləri çıxış edərək rezidentlərlə aparılan iş barədə ətraflı məlumat veriblər. Görüşdə təhsilin keyfiyyətinin yüksəldilməsi ilə bağlı təkliflər də səsləndirilib. Azərbaycan Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri professor Məlahət Sultanova görüş iştirakçılarının qaldırıldığı problemlərin həlli ilə bağlı qısa müddətdə tədbirlərin görüləcəyini bildirib, bazalarla sıx əməkdaşlıq çərçivəsində layihələrin həyata keçiriləcəyini vurğulayıb.