Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə bir qrup səhiyyə işçisi "Əməkdar Həkim", "Əməkdar Müəllim" və "Əməkdar Tibb İşçisi" fəxri adları ilə təltif olunub.
Azərbaycan Tibb Universitetinin əməkdaşlarından"Əməkdar Müəllim"adına ATU-nun psixiatriya kafedrasının müdiri Gəraybəyli Gəray və ATU-nun ümumi cərrahiyyə kafedrasının dosenti Cümşüdov Cümşüd layiq görülüb.