Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilər zamanı həqiqi üzv seçilənlərdən bir, müxbir üzv seçilənlərdən isə üç nəfəri Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşlarıdır.
Belə ki, Kimya elmləri bölməsi üzrə həqiqi üzv kimi kimyəvi genetika və katalis ixtisası üzrə ATU-nun bioüzvi və biofiziki kimya kafedrasının müdiri Dilqəm Tağıyev seçilib. Biologiya və tibb bölməsi üzrə müxbir üzvləri isə tibb elmləri ixtisası üzrə ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramov, mikrobiologiya ixtisası üzrə ATU-nun mikrobiologiya və immunologiya kafedrasının müdiri Qarayev Zakir, bioinformatika ixtisası üzrə ATU-nun tibbi biologiya və genetika kafedrasının professoru Şahmuradov İlham seçiliblər.
Xatırladaq ki, AMEA-nın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürüb. Səsvermə nəticəsində 26 həqiqi və 50 müxbir üzv seçilib.
Azərbaycan Tibb Universiteti olaraq AMEA tərəfindən seçilən bütün əməkdaşlarımızı təbrik edir, onlara uğurlar diləyirik!