Azərbaycan xalqının milli birliyinin və həmrəylinin simvoluna çevrilmiş bu gündə - bəşər tarixinin ən dəhşətli soyqırımlarından olan Xocalı faciəsinin baş verdiyi tarixdə Bakıda ümumxalq yürüşü keçirilib.
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər. Yürüş iştirakçıları Xətai rayonunda ucaldılan Xocalı abidəsinin yerləşdiyi əraziyə gəliblər, “Ana harayı” abidəsinin önünə əklil və güllər qoyublar.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli başda olmaqla ali məktəbin rəhbər şəxsləri, professor-müəllim heyəti və tələbələrdən ibarət heyəti ümumxalq yürüşündə iştirak ediblər. Universitetin təmsilçiləri Xocalı qırğının simvolu hesab olunan “Ana harayı” abidəsinin önünə tər güllər düzərək Xocalı faciəsinin qurbanlarının xatirəsini ehtiramla yad ediblər.