ATU-da Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş  şahmat turniri keçirilib

ATU-nun idman kompleksində "Təbib" idman klubunun təşkilatçılığı ilə tələbələr arasında Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş  şahmat turniri keçirilib. 

 

Turnirin açılış mərasimində ", Xocalı faciəsi haqqında ətraflı məlumatlar verilib, soyqırımı qurbanlarının  ruhu 1 dəqiqəlik sükutla anılıb. "Təbib" idman klubunun sədri, əməkdar məşqçi Qələndər Aslanovun açılış nitqindən sonra  yarışlara start verilib.

 

Turnirdə 14 oğlan və 7 qız tələbə iştirak edib. Oğlanlar arasında Vüsal Həsənzadə 1-ci yer, İslam Xuduyev 2-ci yer, Elvin Namazlı 3-cü yer, qızlar arasında Fatimə Məmmədova 1-ci yer, Nuranə Rəhimli 2-ci yer, Şəbnəm Cavadlı 3-cü yerə layiq görülüblər. Sonda qaliblər medal və diplomla təltif olunublar.