Bu gün II müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin iclası keçirilib. İclasın əsas mövzusu, keçiriləcək konfransların təşkili, elmi işlərin müzakirəsi və təşkilati heyətin fikir mübadiləsi olub.
İclasda, eyni zamanda kafedralarda aparılan işlər haqqında fikirlər səsləndirilib, elmi işlərin önəmi və mahiyyəti müzakirə olunub. Konfransda II müalicə-profilaktika fakültəsinin dekanı İsrail Məhərrəmbəyli, Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Aqil Əliyev, cəmiyyətin sədri Eyyub Miriyev, təşkilati heyətin üzvləri Asya Məmmədli, Yusuf Xəlil, Aytac Əzizova, Könül İsmayılov, Rahil Səmədov, Mehriban Səfərəliyeva, Şəbnəm Kərimzadə, Osman Abbasov, Gülgün Məmmədli, Misir Quluzadə və Rəna Cabbarlı iştirak ediblər.