Azərbaycan Tibb Universitetinin terapevtik və pediatrik propedevtika kafedrasında Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib. Konfransda professor və müəllim heyəti, tələbələr iştirak ediblər. Elmi işlərin mövzuları propedevtika fənninə uyğun şəkildə planlaşdırılaraq qruplaşdırılıb və məruzələr edilib. Elmi-tədqiqat işinə cəlb edilən 12 tələbədən 9 nəfərin məruzələri dinlənilib. Müəllim və tələbələrin qiymətləndirməsinə əsasən, 3 tələbənin elmi-tədqiqat işi fakültə TEC-in konfransına tövsiyə olunub.
Daha sonra münsiflər heyətinin və tələbələrin qiymətləndirməsinə görə yüksək yerləri tutan 6 tələbəyə İ.İ.İsayevin “Uşaq xəstəliklərinin propedevtikası” dərsliyi təqdim edilib.
Konfransa yekun vuran kafedra müdiri, əməkdar elm xadimi, professor İbrahim İsayev məruzələrlə çıxış edən tələbələrə və onların elmi rəhbərlərinə təşəkkürünü bildirərək, daha da fəal və məsuliyyətlə çalışmağın əhəmiyyətini vurğulayıb.