I kurs tələbələrinin qeydiyyatı başlayıb
Artıq Azərbaycan Tibb Universitetinin tələbəsi adını qazanmış abituriyentlərin qeydiyyat prosesinə start verilib. Prosesin daha asan və rəvan keçməsi üçün universitet rəhbərliyi tərəfindən zəruri tədbirlər görülüb.
Qeydiyyat üçün lazım olan sənələrin siyahısı, bəzilərinin isə hətta forması əvvəlcədən ATU-nun internet saytına, həmçinin rəsmi Facebook səhifəsinə yerləşdirilib. Gənclər qeydiyyatla bağlı suallarını ATU-nun Facebook səhifəsinə ünvanlayıblar. Abituriyentlər eyni zamanda universitetdə xüsusi olaraq qeydiyyatla bağlı sualları cavablandırmaq üçün ayrılan telefon nömrəsinə də zəng edirlər.
Hazırda ATU-da hər bir fakültənin qeydiyyatı ayrılıqda aparılır. Bu da son nəticədə qeydiyyata gəlmiş tələbə və valideynlər arasında sıxlıq yaranmasının qarşısını alır. Gənclər cəmi bir neçə dəqiqə ərzində qeydiyyatdan keçib sənədlərini fakültə nümayəndələrinə təqdim edirlər.
Qeyd edək ki, I kurs tələbələrinin qeydiyyatı avqustun 18-nə kimi davam edəcək. Qeydiyyat hər gün (istirahət günləri istisna olmaqla) saat 9:00-17:00-a qədər ATU-nun 5 saylı tədris korpusunda aparılır. Bu müddətin sonuna kimi qeydiyyatdan keçməyən tələbələr öz yerlərini itirmiş sayılır. Sonradan həmin yerlər vakant elan olunur.
Əlavə məlumat almaq üçün (012) 595-49-11 nömrəsi ilə əlaqə saxlamaq olar.