ATU rektoru I Azərbaycan-İtaliya Beynəlxalq Rinoloji Konqresinin iştirakçıları ilə görüşüb

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli I Azərbaycan-İtaliya Beynəlxalq Rinoloji Konqresinin iştirakçıları ilə görüşüb. İtalyan nümayəndə heyəti ilə görüş zamanı konqresin yekunları ilə yanaşı, qarşılıqlı əməkdaşlıq perspektivləri barədə də müzakirələr aparılıb.

 

Görşü zamanı ATU rektoru, professor Gəray Gəraybəyli qonaqlara Azərbaycanın ali tibb təhsili verən yeganə universiteti, həmçinin ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlar barədə danışıb. Rektor  I Azərbaycan-İtaliya Beynəlxalq Rinoloji Konqresinin bu sahə ilə bağlı yeniliklərin və problemlərin müzakirəsindən savayı, həm də iki ölkənin mütəxəssisləri arasında əlaqələrin qurulması baxımından önəmli olduğunu vurğulayıb.

 

I Azərbaycan-İtaliya rinoloji konqresinin vitse-prezidenti, QBB kafedrasının professoru və müdiri, Beynəlxalq otorinolarinqoloqlar cəmiyyətləri federasiyasının idarə heyətinin üzvü Desiderio Passali rəhbərlik etdiyi nümayəndə heyəti adından konqresin təşkili ilə bağlı Azərbaycan tərəfinə, ATU-ya təşəkkür edib. O, həmçinin 120 ölkənin təmsil olunduğu Beynəlxalq Otorinolarinqoloqlar Cəmiyyəti Federasiyasının əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. Mütəxəssislər arasında bu cür görüş və müzakirələrin hər iki tərəf üçün faydalı olacağından əminliyini bildirib.

 

Qeyd edək ki, görüşdə italyan nümayəndə heyətinin digər üzvləri - Roma Katolik Universitetinin qulaq, burun, boğaz xəstəlikləri üzrə professoru, İtaliya Rinoloqlar Cəmiyyətinin baş katibi Giulio Cesare, Ospedale San Camillo Otorinolarinqoloji Klinikasının müdiri, professor Gianluca Belloçi, S.Maria Della Miseicordia Universitetinin cərrahi ixtisaslar departamentinin müdiri, professor Marko Piemonte, Roma Universitetinin La Sapiensa tibb fakültəsinin professoru Maria Pia Villa, Turin Humanitar Cellini İnstitutunun professoru Maurizio Catalani, Furozinon Hospitalının Qulaq, burun, boğaz şöbəsinin müdiri, professor Andrea Marzetti, San Jasopo Hospitalının Azienda USL Toscana Mərkəzində pnevmologiya bölməsinin müdiri, professor Antonio Sanna, Torino Universitetinin professoru Giancarlo Pecorari iştirak ediblər.

 

Tədbirdə həmçinin  ATU-nun elmi işlər üzrə prorektoru, Rauf Bəylərov, Professor Əzizağa Talışinski, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Uşaq cərrahiyyəsi kafedrasının assistenti Namiq Xəlilov, mətbuat xidmətinin rəhbəəri Günel Aslanova iştirak ediblər.