Bu gün Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə Azərbaycan Tibb Universitetinin nümayəndələri arasında görüş keçirilib. Tanışlıq məqsədilə təşkil olunan görüşdə həm də iki qurum arasında əməkdaşlıq məsələlərinin istiqamətləri müzakirə olunub.
ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev çıxış edərək tələbələrin təhsil haqqının ödənilməsi üçün kredit fondunun yaradılmasının çox əhəmiyyətli olduğunu bildirib. Professor S.Əliyev qeyd edib ki, Prezidentin 17.11.2021-ci il tarixli fərmanının icrası ilə bağlı Tibb Universitetində işçi qrup yaradılıb. Artıq 60-dan çox tələbə təhsil haqqının ödənilməsi üçün kredit alınması ilə bağlı komissiyaya müraciət edib.
Təhsil Tələbə Krediti Fondunun sədr müavini Bəhruz Əzimov qurumun fəaliyyəti haqqında görüş iştirakçılarını məlumatlandırıb. Qeyd edib ki, artıq 2021-2022 tədris ilinin payız semestri fondun yaratdığı portal üzərindən kreditlə bağlı müraciətlər qəbul olunub. B.Əzimov Təhsil Tələbə Krediti Fondunun iş prinsiplərini təbliğ etmək məqsədilə ali məktəblər və tələblərlə silsilə görüşlər keçirildiyini də bildirib.
Görüşdə ATU-nun tədris şöbəsinin müdiri, dosent Kamandar Yaqubov, I müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov, İctimai Səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, stomatologiya fakültəsi dekanı dosent Səid Əhmədov, əczaçılıq fakültəsini dekanı dosent Fərəh Mədətli, baş mühasib İlqar Mehrabov, aparıcı mühasib Məlahət Gülləri, mətbuat xidmətini rəhbəri Günel Aslanova iştirak edirdilər.