Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin, Nəsimi rayon Gənclər və İdman İdarəsinin və “Təbib” idman klubunun təşkilatçılığı ilə aprelin 16-da tələbələr arasında badminton turniri keçirilib.
Aprel şəhidlərinin xatirəsinə həsr olunmuş turnirdə Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət İqtisad Univeristetinin badmintonçu tələbələri öz güclərini sınayıblar. 14 oğlan və 12 qız arasında keçirilən turnirdə qaliblər müəyyənləşib. Qızlar arasında yarışda Gilsha Sharmeela I, Ülkər Məmmədova II, Amuliya P.Raj III yeri tutublar. Oğlanlar arasında yarışda isə I yerə Norman Arshad, II yerə Alvin Sayı, III yerə Thomas Tose layiq görülüblər.
Sonda qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə təltif olunublar.
Turnirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndəsi Cəlil Əlizadə, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Azərbaycan Badminton Federasiyasının vitse-prezidenti Mirzə Orucov iştirak ediblər.