700 bal toplayan Nicat Qasımov: ATU-nun sayəsində tibbi mütəxəssis olmağı arzulayıram
Bu il qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərdən ikisi Azərbaycan Tibb Universitetinin tələbəsi olmağı seçib. Onlardan biri də Nicat Qasımovdur.
İmtahanda ən yüksək nəticə göstərən Nicat ATU-nun müalicə işi fakültəsinin tələbəsi olmağa üstünlük verib.
Nicat 1997-ci ildə Ağsu şəhərində anadan olub, rayondakı 1 saylı orta məktəbin məzunudur. Deyir ki. Qəbukl imtahanı o qədər də çətin keçməyib: "Bir qədər həyəcanlı idim. Buna baxmayaraq, 700 bal toplaya bildim və buna çox sevinirəm".
Nicat heç vaxt ilkin ali təhsili xarici ölkədə almaq arzusunda olmayıb: "Valideynlərimin hər ikisi həkim olduğundan, ixtisas seçimində elə də çətinliyim olmadı. Onların dəstəyi və öz həvəsimlə IV ixtisas qrupunu seçdim. Keyfiyyətli tibbi təhsil almaq üçün ATU məni tam qane edir. Əsas məqsədim beyin cərrahiyyəsi və ya kardiologiya üzrə mütəxəssis olmaqdır".
N.Qasımov gələcəkdə xarici ölkələrdən birində rezidentura təhsili ala biləcəyini istisna etmir.