7 aprel - Ümumdünya Sağlamlıq Günüdür

 

Birinci Ümumdünya Səhiyyə Assambleyası 1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaradılmasını qeyd etmək üçün bu günün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il aprelin 7-də qeyd edilir.

Bu gün diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır. Odur ki, hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir.

Bu il Ümumdünya Sağlamlıq Günü diqqəti​ “Bizim planet bizim sağlamlığımızdır” ​ devizinə yönəldərək, dünya ictimaiyyətini sağlam gələcək naminə birgə səy göstərməyə səsləyir.