Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugen Şamaxıda Avropa “İmmunlaşdırma Həftəsi” çərçivəsində keçirilən tədbirlərə qatılıb. Səfərdə səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri, Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) nümayəndələri də iştirak ediblər.
Qonaqlar Şamaxı Olimpiya Mərkəzində keçirilən tədbirə, daha sonra rayonun Göylər kəndində ilkin səhiyyə xidməti məntəqəsinə, səyyar klinikaya və immunlaşdırma stendinə baş çəkib, tibb işçiləri və tələbələrlə görüşüblər. Qonaqlar Şamaxı Olimpiya Mərkəzində keçirilən tədbirə, daha sonra rayonun Göylər kəndində ilkin səhiyyə xidməti məntəqəsinə, səyyar klinikaya və immunlaşdırma stendinə baş çəkib, tibb işçiləri və tələbələrlə görüşüblər.
Onlar ilkin səhiyyə xidmətinin təkrar təşkili modeli ilə tanış olmaq üçün Şamaxı Təlim Mərkəzini ziyarət ediblər.
Qeyd edək ki, səfər ÜST-nin Azərbaycan nümayəndəliyinin həyata keçirdiyi “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsinin altı kənddə gerçəkləşdirdiyi immunizasiya kampaniyası çərçivəsində baş tutub.