Stomatologiya fakültəsi TEC-in konfransı olub

 

Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin Xarici dillər kafedrasında konfransı olub. Konfrans öz işinə başlamamışdan öncə iştirakçılara Qarabağın tarixi abidələri və Vətən müharibəsində canlarını fəda etmiş hərbi həkimlər barədə video-çarx nümayiş etdirilib.

Sonra konfrans kafedra üzrə TEC-in sədri Suqra Pənahlı tərəfindən açıq elan edilib. O, tələbələrin ingils, rus, alman dillərində müxtəlif mövzularda məruzələrlə çıxış edəcəyini bildirib. İngilis dilində 20, rus dilində 6, alman dilində isə 1 məruzə dinlənilib. İşgüzar şəraitdə keçən konfransda tələbələr məruzələr ətrafında verilən sualları həvəslə cavablandırıblar.

Qeyd edək ki, Stomatologiya fakültəsinin dekanı, dosent Səid Əhmədov da konfransda iştirak edib. Dekan və münsiflər heyətində təmsil olunanlar məruzəçilərin çıxışlarından razı qaldıqlarını bildiriblər.