ATU-nun həkimi cinsi yolla keçən infeksiyalardan danışıb

Azərbaycan Tibb Universitetinin əməkdaşları yoluxucu xəstəliklərin profilaktikasına dair maarifləndirmə layihəsində iştirak edirlər. “İnkişafa Doğru İnteqrasiya” İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində ATU-nun həkimləri müxtəlif mövzulara dair televiziya verilişlərində çıxış edirlər.

Azərbaycan Tibb Universitetinin I Mamalıq-Ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, Tədris-Cərrahiyyə Klinikasının ginekoloqu Natəvan Axundova cinsi yolla keçən infeksiyaların xüsusilə qadınlar üçün yaratdığı təhlükələrdən danışıb, maraqlı bilgiləri paylaşıb.

Qeyd edib ki, bu baxımdan süzənək, xlomidiya xüsusilə təhlükəlidir. Bununla yanaşı,  qonoreya, trixomoniaz, Herpes də narahatlıq yaradır.

“Cinsi yolla keçən infeksiyalara boş yanaşmaq olmaz. Bu viruslar zəifləmiş orqanizmdə daha ciddi fəsadlar verə bilər. Cinsi pəhrizə ciddi riayət olunmalıdır. Təsadüfi cinsi əlaqələrin bu infeksiyaların gənclər arasında sürətli geniş yayılmasına səbəb olur. Ona görə da belə əlaqələrlə bağlı maarifləndirmə aparılmalıdır”.

Qeyd edək ki, proqram Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində hazırlanıb.

Proqramın linkini təqdim edirik.

https://www.youtube.com/watch?v=BmJb_yUc1tc