Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş xeyriyyə aksiyası keçirilib. Aksiya zamanı ATU-nun bir qisim tələbələri üçün pulsuz oftalmoloji əməliyyat icra olunub.
Əməliyyatları ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov icra edib. Q.İsmayılov tələbələr üçün pulsuz əməliyyatları artıq ənənə halını aldığını deyib: “Tibb Universitetində və digər universitetlərdə təhsil alan müharibə veteranları, Qarabağ əlilləri, şəhid ailələri və valideyn himayəsindən məhrum olunmuş, aztəminatlı uşaqlar üçün Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ad günü münasibətilə Oftalmologiya şöbəsində pulsuz ekzelmer lazer əməliyyatı icra edirik. Bu gün 24 tələbə üzərində cərrahi əməliyyatlar həyata keçirilib. Bu əməliyyatlar refraksion anomaliyalar, miyapiyalar, mürəkkəb miyapik astiqmatlar və qarışıq astiqmatizm xəstəyliyindən əziyyət çəkən tələbələr üzərində icra olunur”.
Qeyd edək ki, əməliyyatlar ATU-nun rektoru Gəray Gəraybəylinin və doktor Qurban İsmayılovun şəxsi dəstəyi ilə reallaşır. Əməliyyat olunan 24 tələbənin 16-sı isə ATU-nun, 8-i isə digər universitet tələbəsidir.