Gürcüstanlı həmkarlarımızla onlayn görüş keçirilib

 

Azərbaycan Tibb Universiteti və Batumi Beynəlxalq Universiteti əməkdaşlarının onlayn görüşü keçirilib. Görüş ATU-nun Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə baş tutub.

İkitərəfli əməkdaşlıq planlarına həsr olunmuş tanışılq görüşündə BAU-nun prorekroru dr. Giorgi Tskhvediani, Tibb fakültəsinin dekanı, professor Leila Akhvlediani, Marketinq və beynəlxalq əlaqələr departamentinin müdiri Eliso Duadze, ATU tərəfdən Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, Beynəlxalq əlaqələr şöbəsi müdirinin müavini Nigar Ələkbərova, Mübadilə proqramları üzrə koordinator Dünya Bayramova iştirak ediblər.

Görüşdə universitetlər arasında ikitərəfli əməkdaşlıq memorandumunun imzalanması, professor-müəllim və tələbə heyətinin mübadiləsi, həmçinin birgə elmi-tədqiqat layihələrinin həyata keçirilmə perspektivləri və s. məsələlər müzakirə olunub.