Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və “Uptodate in Medicine”nin birgə təşkilatçılığı Naxçıvanda Beynəlxalq Neonatoloji konfrans keçirilib.
Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov tədbirdə ATU-nu məruzəçi qismində təmsil edib. Q.İsmayılov konfransda “Bir yaşa qədər rast gəlinən aşağı tənəffüs yollarının xəstəlikləri” mövzusunda 3 klinik hal üzərindən çıxış edib.
Çıxışlarda vurğulanıb ki, konfransın keçirilməsi təcrübə mübadiləsi baxımından Naxçıvan pediatrları üçün mühüm hadisədir.