Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu və Lənkəran Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Lənkəranda Beynəlxalq Çay Konqresi keçirilib.
Azərbaycan Tibb Universitetinin Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının əməkdaşları - baş müəllim Aidə Bəndəliyeva, baş müəllim Maqsud Aslanov və assistent Aynurə Hüseynova tədbirdə iştirak ediblər. A.Bəndəliyevanın “Çay bitkisi əhəmiyyətli içki və müalicə vasitəsi kimi” mövzusunda məruzəsi konqres iştirakçılarının böyük marağına səbəb olub.
Alimlər əsrlərdir Lənkəranda becərilən çay bitkisinin yalnız qida içkisi deyil, həm də müalicə əhəmiyyətli maddələrlə zəngin xammal kimi əhəmiyyətini vurğulayıblar. Gələcəkdə bu istiqamətdə tədqiqatların aparılması üçün əməkdaşlığın qurulması təklifləri irəli sürülüb.