Rezidentlərlə bağlı iclas keçirilib
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında rezidenturaya qəbul olunan tələbələr və kuratorların iştirakı ilə toplantı keçirilib. İclasda rezidentlərin qarşıdan gələn imtahanlarına hazırlıq, kuratorların məsuliyyətinin artırılması, bu sahədə mövcud problemlərin həlli ilə ağlı müzakirələr aparılıb.
İclasda qeyd olunub ki, bəzən rezidentlərin fərdi iş planlarının hazırlanmasında, sənədlərin doldurulmasında anlaşılmazlıqlar yaranır. Bunların aradan qaldırılması üçün kuratorlara müəyyən göstərişlər verilib, imtahanlarla bağlı tapşırıqlar səsləndirilib. Həmçinin, rezidentlərin təklifləri dinlənilib.
Toplantı Tədris Terapevtik Klinikanın direktoru Surxay Musayev, klinikanın baş həkimi Ramin Bayramov, rezidentura şöbəsinin müdiri Rizvan Məmmədovun iştirakı ilə baş tutub.
Qeyd edək ki, bu il ATU-ya 202 rezident qəbul olunub. Bununla da hazırda Tibb Universitetinin 587 rezidenti var. Onlar ixtisaslarına uyğun olaraq Azərbaycan Tibb Universitetinin klinikalarında təhsil alırlar. Rezidentlərin təhsilinə kömək etmək üçün 350-yə yaxın kurator müəyyənləşdirilib.