Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi ilə Dünya Bankının rəsmiləri arasında görüş keçirilib. Görüşdə ATU-nun tədris işləri üzrə prorektoru professor Sabir Əliyev qonaqlara universitetin tarixi, fəaliyyəti, təhsil və tədris proqramları haqqında məlumat verib. 92 yaşı olan Azərbaycan Tibb Universitetinin nəzdində tibb şəhərciyi, 4 unikal klinikaların fəaliyyət göstərdiyini bildirən prorektor S.Əliyev həm də rezidentura təhsil pilləsi, tələbələrin mübadilə proqramı əsasında təcrübə keçməsi və digər məqamlar haqqında qonaqları məlumatlandırıb.
ATU-nun Innovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva isə universitetdə yaradılan elektron təhsil sistemindən, həmçinin klinikalarda göstərilən tibbi xidmətlər haqqında məlumat verib.
Dünya Bankının rəqəmsal səhiyyə üzrə baş mütəxəssisi Peeter Ross ATU ilə birlikdə həyata keçirilməsi mümkün olan layihələr haqqında fikirlərini bölüşüb. Qarşılıqlı müzakirələr əsnasında bəzi istiqamətlərdə əməkdaşlığa dair ilkin razılaşma əldə olunub.
Görüşdə ATU-nun Tərbiyə işləri üzər prorektoru, dosent Zülfüqar Musabəyov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Müşfiq Orucov, Xarici tələbələrlə iş üzrə dekan müavini Niyazi Hacızadə, mətbuat xidmətinin rəhbəri Günel Aslanova, proqramlaşdırma qrupunun rəhbəri Həsən Həsənzadə, Dünya Bankının rəqəmsal səhiyyə üzrə mütəxəssisi İsa Əliyev, Dünya Bankının səhiyyə üzrə mütəxəssisi Pərviz Əhmədov iştirak ediblər.