ATU-nun Tədris Terapevtik Klinikasında ödənişsiz hematoloji müayinə keçirilib

 

Mayın 23-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında ödənişsiz hematoloji müayinə kampaniyası təşkil edilib.

Türkiyənin Acibadem Universitetinin professoru Dr. Ant Uzay və hematoloq Dr. Şəhla Şabanova tərəfindən bütün növ hematoloji xəstəliklərdən əziyyət çəkən xəstələrin ödənişsiz qəbulu həyata keçirilib.