Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş rezidentlərin elmi-praktik konfransı (ATUREK) çərçivəsində keçirilmiş müsabiqənin qalibləri ilə görüşüb.
Rektor G.Gəraybəyli qələbə münasibətilə rezidentləri təbrik edərək onlara elm yolunda uğurlar arzulayıb: “Qloballaşan dünyada elmlə məşğul olmaq tədricən çətinləşir. Çünki müasir reallıqda insanların, həkimlərin, tibb təhsili ilə məşğul olan gənclərin elm yolundan uzaqlaşmasına səbəb olan amillər çoxdur. Odur ki, sizin kimi istedadlı, elmi tədqiqatlara həvəs göstərən gənclərimiz olduğuna görə çox sevincliyəm. Gələcəkdə hər birinizin adını çox yüksəklərdən eşidəcəyimizə inanıram”.
ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri, professor Məlahət Sultanova çıxışında ATUREK-10 konfransının təşkili ilə bağlı göstərilən dəstəyə görə rektor professor G.Gəraybəyliyə təşəkkür plaketi təqdim edib.
ATU-nun rektoru G.Gəraybəyli universitet tərəfindən ATUREK konfransının təşkilinin artıq ənənə halını aldığını vurğulayaraq bu tədbirin rezidentlər üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Görüşün sonunda qalib rezidentlərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş ATUREK-10 konfransında səhiyyənin müxtəlif mövzularını əhatə edən çıxış və müzakirələr aparılıb. Plenar iclasda çıxış edən rezidentlərdən müxtəlif ixtisaslar üzrə adları aşağıda çəkilənlər (ümumilikdə 18 nəfər) münsiflər heyəti tərəfindən qalib seçilib.
1.Küşvər Seyidova (ATU)
2.Mehriban Sarıyeva (ATU)
3.Elçin Teymurov (ATU)
4.Nərminə Dahazi (ATU)
5.Nərminə Abaslı (ATU)
6.Afaq Həsənova (ATU)
7.Səbinə Hacızadə (ATU)
8. Günel Məmmədova (ATU)
9.Səbinə Məmmədova (ATU)
10.Vüsalə Tağıyeva (ATU)
11.Gülcan İsakzadə (İ.M.Seçenov adına Birinci Moskva Tibb Universitetinin Bakı filialı)
12.Süzən Qəhrəmanova (Milli Onkologiya Mərkəzi)
13.Natiq Məmmədov (Mərkəzi klinika)
14. Möhübbət İsmayılov (Ə.Əliyev adına ADHTİ)
15.Səkinə Cəfərova (Ə.Əliyev adına ADHTİ)
15.Fərhad Həsənli (Mərkəzi Gömrük Hospitalı)
17.Güllüxanım Həsənli (Mərkəzi Gömrük Hospitalı)
18.Tural Rəcəbov (Baku Medical Plaza)