“Davam” Səhiyyə Klubunun təşəbbüsü, "Davam" Gənclər Hərəkatı və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə “Leykemiya ilə mübarizə ayı” adlı layihə keçirilir.
Layihə çərçivəsində Tədris Terapevtik Klinikada “Leykemiya günümüzdə” adlı açılış konfransı baş tutub. Konfransda klinikanın direktoru, professor Surxay Musayev, müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva, Hematologiya şöbəsinin müdiri Şəhla Şabanova, Davamlı İnkişaf Xidmətinin direktoru Aygün Hüseynova, "Leykemiya ilə mübarizə" İctimai Birliyinin sədri Mehriban Bağırova, leykemiyadan əziyyət çəkən uşaqlar və universitetin tələbələri iştirak ediblər.
Konfransda "Leykemiya ilə mübarizə ayı" çərçivəsində görüləcək işlər barədə söhbət aparılıb, layihənin əhəmiyyəti vurğulanıb, belə maarifləndirici tədbirlərin davamlı keçiriləcəyi bildirilib.