Rezidentlər üçün tiroid əməliyyatlarına dair seminar keçirilib

 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün aktual tibbi mövzuya həsr olunmuş növbəti maraqlı seminar keçirilib. Bu dəfəki tədbir “Mən tiroid əməliyyatını necə icra edirəm?” mövzusu ilə bağlı olub.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının endokrinoloq cərrahı Azər Hümmətov rezidentlər üçün qalxanabənzər vəzin cərrahi anatomiyası, əməliyyat üsulları, əməliyyat texnikası zamanı geniş məlumat verib. Cərrah həmçinin qayıdan qırtlaq sinirinin variasiyaları, sinir monitorinq cihazı ilə birgə əməliyyatlar və əməliyyat zamanı baş verə biləcək ağırlaşmalar haqqında da rezidentlərə bilgi çatdırıb.

Qeyd edək ki, gələcəyin həkimləri üçün çox faydalı olan bu layihə ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri Məlahət Sultanova və TCK-nın rezidentlərə məsul şəxs Namiq Xəlilov, Elman Əzimovun  təşkilatçılığı, universitetin kafedralarının və klinikalarının həkimlərinin dəstəyi ilə həyata keçirilir. Bu dəfəki tədbirin keçirilməsində göstərdiyi dəstək üçün həmçinin Kliniaknın direktoru, professor Surxay Hadıyevə və I cərahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramova təşəkkür edirik.