Xəbər verdiyimiz kimi, Azərbaycan Tibb Universitetinin nümayəndə heyəti bu günlərdə Macarıstanın paytaxtı Budapeşt şəhərində işgüzar səfərdə olub.
Universitetin rektoru, professor Gəray Gəraybəyli və Tərbiyə işləri üzrə prorektor, dosent Zülfüqar Musabəyov Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə ilə, eləcə də Budapeşt Semmelveis Universitetində və həmin ali məktəbin tədris klinikalarında görüşlər keçirib.
Daha sonra Peç Universitetinin rektoru, professor Attila Miseta ilə görüş baş tutub. Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin ATU-nun rəhbərliyi Milli Virusoloji Laboratoriyaya baş çəkib, Psixatriya və Psixoterapiya Klinikasında olub.