İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin nümayəndə heyəti ATU-da olub

 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin əczaçılıq üzrə nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub. ATU-nun əczaçılıq fakültəsini ziyarət edən mütəxəssislər burada tədris prosesinin təşkili ilə yaxından tanış olublar.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin  nümayəndələri ATU-nun Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli ilə görüşüblər. Görüş zamanı qonaqlara Universitetin fəaliyyəti, əldə olunan nailiyyətlər, beynəlxalq əlaqələrin təşkili, ATU-nun  klinikaları və s. haqqında geniş məlumat verilib.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin  Sənaye əczaçılığı kafedrasının müdiri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Natalya Pyatiqorskaya təmsil etdiyi ali məktəb haqqında məlumat verib. Görüş zamanı ATU ilə bu qurum arasında əməkdaşlıq istiqamətləri haqqında müzakirə aparılıb. Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

GörüşdəATU-nun əczaçılıq fakültəsinin dekan müavini Esmira Hacıyeva, farmakoqnoziya kafedrasının dosenti Nərgiz Məmmədova, farmakologiya kafedrasının dosenti Svetlana Babayeva, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Sənaye əczaçılığı kafedrasının dosenti, Q.Brkiç,  Tula əczaçılıq fabrikində  innovasiya layihələri üzrə direktor müavini Y.E.Bezçinskiy, Sənaye əczaçılığı kafedrasının assistenti Y.İ.Nesterkina iştirak ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti ATU-nun Əczaçılıq fakültəsinin kafedraları, laboratoriyaları ilə tanış olub, professor-müəllim heyəti ilə fikir mübadiləsi aparıblar.