Böyük Britaniyanın ən qabaqcıl nəşriyyatlarından olan IntechOpen nəşriyyatının təşkilatçılığı ilə beynəlxalq ekspert qrupu tərəfindən ingilis dilində "Lymphoma" adlı kitab hazırlanıb.
Nəşriyyatın xahişi ilə kitabın "Primary gastrointestinal lymphoma" fəsli ATU-nun Onkologiya kafedrasının professoru t.e.d. Ramiz Bayramov (həmin kafedranın dosenti Ramilə Abdullayevanın həmmüəllifliyi ilə) tərəfindən təqdim olunub. 40 səhifə həcmində olan fəsildə birincili mədə-bağırsaq limfomasının bütün aspektləri onkologiya elminin bu istiqamətdəki müasir nailiyyətləri nəzərə alınmaqla və müəlliflərin şəxsi təcrübələri də təhlil edilməklə hərtərəfli işıqlandırılıb. Alimlərimizin bu beynəlxalq layihədə iştirakı ATU-nun növbəti uğurlarından biridir.