Türkiyənin İzmir şəhərində EYUDER təşkilatının və 9 Eylül Universitetinin ev sahibliyi ilə XIII EYFOR - Təhsil İdarəetməsi Forumunun növbəti konfransı keçirilib.
ATU-nun İctimai fənlər kafedrasının dosenti Gülnarə Səfərova həmin konfransda iştirak edib. Onun “Azərbaycanda tibb təhsili alan tələbələrə tədris olunan fəlsəfə fənninin özəllikləri” mövzusunda çıxışı maraqla qarşılanıb.
Toplantı çərçivəsində Azərbaycanın Ankaradakı səfirliyinin təhsil müşaviri, dosent Nəcibə Nəsibova ilə görüş keçirilib. Konfransda müxtəlif ölkələrdən olan mütəxəssislərin çıxışları dinlənilib, müasir dövrün təhsil problemləri və tədris metodlarının təkmilləşdirilməsi barədə geniş müzakirələr aparılıb.
Məlumat üçün bildirək ki, EYUDER Ankarada yerləşir və Türkiyə Cümhuriyyətinin Təhsil Nazirliyi ilə birgə fəaliyyət göstərir. Təhsilin İdarəediciləri və Uzmanları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Təhsil İdarəetməsi Forumu hər il Türkiyənin müxtəlif bölgələrində təşkil edilir.