ATU əməkdaşları Gürcüstanda beynəlxalq elmi konfransda iştirak ediblə

 

Bir müddət əvvəl Gürcüstanın paytaxtı Tbilisidə “Multidisiplinar Elmi Tədqiqatların Qlobal Təcrübəsinə dair 2-ci beynəlxalq konfrans” keçirilib. Elmi toplantıda Azərbaycan Tibb Universitetinin əməkdaşları da uğurla iştirak ediblər.

Gürcüstan Texniki Universitetinin 100 illik yubileyinə həsr olunmuş konfransa dünyanın müxtəlif ölkələrindən fərqli sahələr üzrə fəaliyyət göstərən onlarla tədqiqatçı və alim qatılıb.  Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb elmləri doktoru Sədrəddin Atakişizadə və Əczaçılıq texnologiyası və menecmentlik kafedrasının assistenti Səyəddin Atakişizadə də tədbirdə iştirak ediblər. ATU nümayəndələri konfransında çıxış edərək Azərbaycan tibbin müxtəlif sahələrində əldə olunan nailiyyətlər, elmi tədqiqatlar barədə məlumat veriblər. Azərbaycanlı alimlərin məruzələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin  məqsədi öz biliklərini və yeni ideyalarını bölüşmək, eləcə də müvafiq sahələr üzrə inkişafı müzakirə etmək üçün akademikləri, alimləri və tədqiqatçıları bir araya toplamaqdan ibarət olub. Bundan əlavə, konfrans həm də akademiklər və sənaye mütəxəssislərinə qarşılıqlı əlaqələr yaradılmasına yardımçı olub.