2022/2023-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb. Tələbə adını qazanan bütün gəncləri təbrik edirik.
Azərbaycan Tibb Universitetinə qəbul olan gənclərə, gələcəyin həkimlərinə isə xoş gəldiniz deyirik! Gəncliyin ən gözəl çağı olan tələbəlik illərində sizə uğurlar diləyirik!
Azərbaycan Tibb Universitetində 5 sentyabr tarixindən etibarən sənəd qəbuluna start verilir.
Sənədləri təqdim etməzdən əvvəl Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron portalında qeydiyyatdan keçmək mütləqdir. Yalnız bundan sonra qeydiyyat üçün ATU-ya yaxınlaşa bilərsiz. Qeyd edək ki, qeydiyyat həftə içi 5 gün, saat 09:00-dam 17:00-a qədər aparılır. Son qəbul tarixi 12 sentyabrdır.
Lazımi sənədlər:
* Şəxsiyyət vəsiqəsi (əsli və surəti)
* Attestat
*DİM-in vərəqəsi
* Ödəmə qəbzi (ödənişli qəbul olanlar üçün)
* 4 ədəd 3*4 ölçülü şəkil
Ünvan: ATU-nun 5 saylı tədris binası (Səməd Vurğun küç, 165)