Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ilə Sudanın Azərbaycandakı səfiri Mustafa Abdelhaleem arasında görüş keçirilib.
Görüş zamanı professor Gəray Gəraybəyli qonağa ATU haqda ətraflı məlumat verib. Bildirilib ki, müasir dünya standartlarına uyğun tədris prosesi qurulmuş universitetimizdə təhsilin keyfiyyətinin daha da yüksəldilməsi üçün ardıcıl işlər aparılır.
Səfir M.Abdelhaleem rektorla görüşməkdən və fikir mübadiləsi aparmaqdan məmnun olduğunu bildirərək, gələcəkdə ATU-nun timsalında ölkələrimiz arasında tibbi təhsil əlaqələrinin inkişaf etməsində maraqlı olduqlarını vurğulayıb.
Qeyd edək ki, hazırda ATU-da 10 Sudan vətəndaş təhsil alır. Onların 4-ü müxtəlif kursların, daha 4 nəfəri hazırlıq kursunun dinləyiciləridir. 2 nəfər isə rezidentdir.
Görüşdə ATU-nun Ümumi işlər üzrə prorektoru Nizami Adilov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, Xarici tələblərlə iş üzrə dekan, dosent Qorxmaz Əhmədov da iştirak edirdilər.