Sentyabrın 5-dən etibarən Azərbaycan Tibb Universitetinə qəbul olunmuş tələbələrin qeydiyyat prosesinə başlanılıb. 2022/2023-cü tədris ilində birinci kurs tələbəsi olacaq gənclər tələb olunan sənədləri universitetə təqdim edərək qeydiyyatdan keçirlər.
Bu gün Azərbaycan Tibb Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov qəbul prosesini izləyib. O, qeydiyyatın gedişi ilə tanış olub, sənəd qəbulunu icra edən ATU nümayəndələri ilə söhbət edib.
ATU-nun tədris şöbə müdiri, dosent Kamandar Yaqubov bildirib ki, bu il qeydiyyat prosesinin daha asanlaşdırılması üçün fakültələr üzrə tələbələrin sənədlərinin qəbulu ayrı-ayrı korpuslarda həyata keçirilir.
Qeyd edək ki, yeni tələbələrin qeydiyyat prosesi 12 sentyabra qədər davam edəcək.