Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti, tibb elmləri doktoru Səbinə Vaqif qızı Şadlinskaya nüfuzlu “Acta Scienific Gastrointestinal Disorders” jurnalının redaksiya heyətinin üzvü seçilib.
Jurnal nəzəri və praktik təbabətin müxtəlif sahələrini əhatə edən mövzularda məqalələr dərc edir. Qeyd etmək lazımdır ki, S.Şadlinskaya 2019-cu ildə “World Research Council” tərəfindən “Best Scientist in Human Anatomy” fəxri adına və həmin təşkilatın medalına layiq görülüb.