Hər il mütəmadi olaraq Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsində əhalinin həssas təbəqələrindən olan insanlar üçün xeyriyyə aksiyaları təşkil edilir.
Universitetin rektoru, professor Gəray Gəraybəylinin təşəbbüsü ilə keçirilən və artıq ənənə halını almış aksiyalarda adıçəkilən şöbənin əməkdaşları can-başla iştirak edir. Sonuncu belə aksiya da şöbə müdiri Qurban İsmayılov başda olmaqla kollektivin gərgin əməyi sayəsində uğurla yekunlaşıb. Bu dəfə bir qazi və şəhid qızı eksimer, 4 şəhid anası katarakta, bir şəhid atası isə konyuktiv törəmədən əməliyyat olunub.
Şöbə müdirinin bildirdiyinə görə, əməliyyat olunanlar özlərini yaxşı hiss edir. Onlarla mütəmadi əlaqə saxlanılır, təkrar müayinələr aparılır.