Bu gün ATU-nun Tədris Terapevtik Klinikasında Ümumdünya Sepsis Gününə həsr olunmuş konfrans keçirilib. Konfransı giriş nitqi ilə klinikanın direktoru, professor Surxay Musayev açıb.
Tədbirə yerli həkimlər, eləcə də onlayn formatda həm Türkiyə, həm də Fransadan olan mütəxəssislər qatılıblar. Klinikanın mərkəzi laboratoriyasının müdiri İskender Karaltı “Sepsisin laborator diaqnostikası”, dr. Emil Qasımov “Reanimasiyada sepsis kliniki halı”, Fransadan Eric Bouteill “Sepsis ilə bağlı əsas məqamlar”, Hazem Elsayed “Sepsisdə molekulyar testlər”, Türkiyədən Mahsa Mutlu “Sepsisdə immunoloji testlər” və Yavuz Barbaros “Sepsisdə mikrobioloji testlər” mövzularında maraqlı məruzələrlə çıxış ediblər. Məruzələrin ətrafında geniş fikir mübadiləsi aparılıb.