ABŞ-ın Puerto-Riko Universitetinin professoru, tibb elmləri doktoru Səbzəli Cavadov Azərbaycan Tibb Universitetində mühazirə oxuyub. S.Cavadovun iştirakı ilə keçirilən sessiya ATU-nun Tibbi və Bioloji fizika kafedrasının Biokimya kafedrası ilə birgə təşkilatçılığı sayəsində baş tutub.
Tədbirdə ATU-nun Biokimya kafedrasının müdiri, professor Gülnarə Əzizova çıxış edərək professor S. Cavadovun elmi yaradıcılığı haqqında məlumat verib. Qeyd edib ki, öyük Britaniya Kral Cəmiyyətinin üzvü olan professor S.Cavadov yüzlərlə elmi məqalənin müəllifi, eksperimental kardiologiya, o cümlədən, ürək çatışmazlığının molekulyar və hüceyrə mexanizmlərinin öyrənilməsi sahəsində tanınmış alimdir.
Sonra isə kafedra əməkdaşları professor Sabzali Cavadovun “Ferroptoz – hüceyrənin yeni ölüm mexanizmi: mitoxodridə rolu” mövzusunda mühazirəsini dinləyiblər. S.Cavadov qeyd edib ki, ferroptoz dəmir asılı hüceyrə ölümü mexanizmidir. Onun sözləriə görə,istənilən xəstəlik zamanı hüceyrənin ölüm mexanizmini öyrənmək elm üçün çox vacibdir.
S.Cavadovun son illərdə apardığı elmi araşdırmalara əsaslanan bu mühazirəsi ATU-nun auditoriyası tərəfindən maraqla qarşılanıb.