Bu gündən Azərbaycan Tibb Universitetində (ATU) əməkdaşlar və professor-müəllim heyəti üçün ingilis dili dərslərinə start verilir.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin İngilis dili proqramının (ELF - English Language Fellow) təşkili ilə bağlı iki tərəf arasında görüş keçirilib. Görüşdə uyğun bir strategiya seçilib, bölgülər aparılıb.
Görüşdə ATU-nun Elmi işlər üzrə prorektoru Dos. Rauf Bəylərov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Dos. Müşfiq Orucov, Dillər kafedrasının baş müəllimi Kəmalə İmanova, ABŞ tərəfindən ELF proqramının regional koordinatoru Lottie Baker, ABŞ səfirliyinin İngilis dili proqramı koordinatoru Səbinə Abdullayeva, İngilis dili mütəxəssisi Tiffany Tillman iştirak ediblər.