MDB ÖLKƏLƏRİNDƏ KARYERA BƏLƏDÇİLİYİ ÜZRƏ ONLAYN MARAFON KEÇİRİLƏCƏK

 

Oktyabrın 5-dən etibarən MDB-nin 8 ölkəsində məktəblilər, tələbələr və humanitar missiya könüllüləri üçün karyera bələdçilik üzrə “Rusiya səninlədir” onlayn marafonuna start veriləcək.

Marafonun məqsədi məktəblilərə gələcəkdə peşə seçimi ilə bağlı kömək etmək, tələbələrə karyera yolunu qurmaqda yardım göstərmək, könüllülərin peşəkar inkişafı üçün zəruri olan bacarıqlara yiyələnməsinə kömək etməkdən ibarətdir.

Marafon çərçivəsində iştirakçılar karyera istiqaməti üzrə testdən keçmək və müxtəlif istiqamətlər üzrə bir və ya bir neçə onlayn kursa qatılmaq imkanı yaradılacaq. Kurslar tibb, jurnalistika, make-up, vokal, sosial mühəndislik, proqramlaşdırmanın əsasları, qidalanma, könüllülük və digər peşələr də daxil olmaqla ümumilikdə 30 proqramı əhatə edir.

Noyabr ayında isə karyera seçimi üzrə ekspertlərin iştirakı ilə vebinar təşkil olunacaq. Gənclər həmçinin özünüinkişaf üzrə ustad dərslərində iştirak edə biləcəklər. Sonda bütün iştirakçılara diplom veriləcək.
 

Marafonda iştirak üçün aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək olar:

https://profrf.ru/onlayn-marafon/