II Müalicə-profilaktika fakültəsinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda Fakültə Elmi Şurasının yeni tərkibinin seçilməsi və Böyük Elmi Şuraya namizədlərin təsdiq olunması məsələsinə baxılıb.
İclası ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev açaraq, tədbir iştirakçılarına Fakültə Elmi Şurasının 5 illik fəaliyyəti haqqında məlumat verib, şuraya daxil olan kafedra müdirlərinə yeni dövrdə uğurlar arzulayıb. Professor S.Əliyev çıxışı zamanı tədris işinin təkmilləşdirilməsi, bu sahəyə nəzarətin daha da artırılması ilə bağlı tövsiyələrini də çatdırıb, üzvlərə Elmi Şuraya təqdim edilən kitabların müzakirəsində fəal iştirak etməyi məsləhət görüb.
Universitetin elmi katibi, professor Nazim Pənahov isə çıxışı zamanı yeni seçki qaydaları haqqında məlumat verərək, auditoriyanı II Müalicə-profilaktika fakültəsindən Böyük Elmi Şuraya və Fakültə Elmi Şurasının üzvlüyünə namizədlərlə tanış edib.
Qeyd edək ki, iclasda fakültə üzrə 370 professor-müəllim heyətindən 251 nəfər iştirak edib. Yetərsay olduğu üçün seçki baş tutub və hər iki şuraya yeni üzvlər seçilib.