SAF (STEAM Azerbaijan Festival) 2022 – Azərbaycan Respublikası Elm və Təshil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində 5-9 dekabr 2022-ci il tarixlərində Baku Expo Mərkəzində keçiriləcək.
STEAM Azərbaycan Festivalı 2022 beynəlxalq formatda təşkil olunacaq.
Festival çərçivəsində keçirilən yarışlarda ölkədə fəaliyyət göstərən bütün rayon və şəhər ümumtəhsil və ali təhsil (dövlət, özəl və s.) müəssisələrinin şagird və tələbələri, həmçinin xarici şagird və tələbələrin komandalar şəklində müxtəlif kateqoriyyalar üzrə yarışlarda iştirak hüququna malikdir. Festival çərçivəsində keçirilən “İnnovativ layihələr sərgisi” kateqoriyası üzrə isə digər təhsil müəssisələrinin təhsilalanları ilə yanaşı, peşə təhsili, orta ixtisas, məktəbdənkənar təhsil müəssisələrindən və ya fərdi şəkildə müraciətlər qəbul olunur.
STEAM Azərbaycan Festivalı 10 kateqoriya üzrə yarış formatında, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilir.
Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması və şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.
STEAM Azərbaycan Festivalı ilk dəfə 9-10 dekabr 2021 ildə təşkil olunmuşdur. Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM Open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego Sumo”, “Line follower”, “3D Cad”, “Short Movie”, “Edu Drone”, “Humanoıd Robot” yarışlar təşkil edilib. Əlavə olaraq məktəblilərə Kvest texnologiyaları modulu üzrə “Escape Room”la tanış olmaq, oyunun aktiv iştirakçısına çevrilmək imkanı yaradılıb. Festivala ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb.
STEAM Azərbaycan Layihəsi – www.steam.edu.az
Təhsilimizin qloballaşan dünyaya inteqrasiyasının prioritet sahə olduğunu nəzərə alaraq 2019-2020-ci tədris ilindən başlayaraq ölkəmizdə STEAM Azərbaycan layihəsi tətbiq olunmağa başlamışdır.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun dəstəyi ilə "STEAM Azerbaijan" layihəsi 2019-2020-ci tədris ilindən start götürüb.
STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. STEAM layihəsinin əsas məqsədi Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.