ATU Debat Klubunun XXIII daxili turniri keçirilib 

 

Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı və Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin dəstəyi ilə 15-16 oktyabr tarixində ATU Debat Klubunun XXIII daxili turniri keçirilib.

Açılış mərasimində tələbələr və Debat Klubunun üzvləri tədbirin təşkilinə göstərdiyi dəstəyə görə ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılova öz təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, bu dəstək onları daha da həvəsləndirir və gələcəkdə həm universitetimizi, həm də ölkəmizi beynəlxalq tədbirlərdə təmsil etmək üçün stimul yaradır. 

23 komandanın iştirak etdiyi daxili turnirin finalında təsdiq mövqedə “Women hahaha”, inkar mövqedə isə “Danışır opponent” komandaları qarşı-qarşıya gəliblər. Hakimlərin yekdil qərarına əsasən, “Danışır opponent” komandası qalib elan olunub. Turnirin ən yaxşı natiqləri isə aşağıdakı tələbələr seçilib:

1. Sevinc Məmmədova

2. Fidan Rəhmanlı

3. Nuray Babakişiyeva

4. Aydın Çələbi

5. Nuray Mahmudova

6. Sevda Rəsulova, Rəvan Novruzov, Aytac Rzayeva

7. Saleh Səmədov, Məkkə Qədimzadə, Jalə İbrahimova

8. Leyla Əhmədova

9. Şəbnəm Cabbarlı

10. Fidan Məmmədli, Çimnaz Alıyeva.

 

ATU THİK turnirdə iştirak edən bütün tələbələrə uğurlar arzu ed