Akademik Milli Dram Teatrında səhnəyə qoyulan “Ah, bu uzun sevda yolu” tamaşasına Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələr üçün 100 hədiyyə bileti təşkil edib.
ATU THİK sədri Qoşqar İsmayılov bildirib ki, komitə tələbələrin həm sosial həyatını, həm də ictimai aktivliyini daim diqqətdə saxlayır. Tələbələrin bu tip tədbirlərdə iştirakı onların hərtərəfli inkişafı və dünyagörüşü üçün vacibdir.
O, bu tip tədbirlərin davamlı olacağını bildirib.
Komitənin nəzdində fəaliyyət göstərən Teatr klubunun sədri Dilbər Rahim və idarə heyətindən Elbəy Cabbarlı, Şəfa Qarayevanın təşkilatçılığı ilə artıq silsilə halını almaqda olan ikinci görüş baş tutub. Tələbələr tamaşadan sonra üçüncü görüş barədə maraqlanaraq, müsbət fikirlərini səsləndiriblər.
ATU THİK tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün “Teatr görüşləri” layihəsini və eləcə də digər klub və layihə planlarını hər ay təkmilləşdirir.