Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tibb Universiteti Tələbə Gənclər Təşkilatı tərəfindən sosial həssas əhali qrupuna aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması məqsədilə növbəti müsabiqə elan edilib.
Bu münasibətlə oktyabrı 24-də ATU-nun Fizika-kimya korpusunun akt zalında tədbir keçirilib. Gənclər Fondunun nümayəndəsi Zülfiyyə Yaqubova layihə haqqında tələbələrə ətraflı məlumat verib. Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb.
Müsabiqə qaliblərinin 2021-2022 və ya 2022-2023-cü tədris illərində təhsil haqqı xərclərinin qarşılanması nəzərdə tutulub. Qiymətləndirmə zamanı iştirakçının davamiyyət və akademik göstəriciləri, yerli və beynəlxalq miqyasda əldə etdiyi nailiyyətlər, sosial həssaslıq dərəcəsi və ictimai fəallığı əsas meyar olaraq götürüləcək.